Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Təkcə bir gündə-aprelin 7-də vətəndaşların 66 997 manatı kiberdələduzluqla talanıb. Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Məlum olur ki, xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir: “Kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar”.
Qeyd olunub ki, aprelin 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 17451, 16000, 6697, 6321, 6000, 5000, 3700, 2000, 1968, 1800, 960, 420, 380, 250, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Nazirlik bir daha avamlara xəbərdarlıq edir: “Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin”.
Yaxşı, bu avamların düşdüyü vəziyyət, yəni yalançıların tamahkarları aldatması halları digərlərinə dərs olmur?! Axı nə qədər demək olar ki, ay camaat, sizi aldadırlar, qaz vurub qazan doldurmağı başınızdan çıxarın, yalançılara inanmayın…
A.Məmmədli