Əsas məzmuna keç

7 TERRORÇU MƏHV EDİLİB

“Fərat Qalxanı” Hərəkatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinə (TSK) qarşı xain terror hücum edən terrorçuların cavabı yetərincə verilib, onların döyüş mövqeləri və ən az 7 terrorçu məhv edilib”.

Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Nazir deyib ki, şəhidlərin qanını yerdə qoymadılar, qoymayacaqlar: “Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”.

Qeyd edək ki, dünən Suriya ilə Türkiyə sərhədində yerləşən, Türkiyə Ordusunun antiterror əməliyyatı apardığı “Fərat qalxanı” bölgəsində terror aktı törədilib, Türkiyə ordusunun 2 hərbi qulluqçusu şəhid olub, 2-si yaralanıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…