Əsas məzmuna keç

700 karatlıq brilyant qaşların qaçaqmalçılığına cəhdin qarşısı alındı

Brilyant qaşların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

“Tezadlar.az” xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükünə baxış zamanı monitorda şübhəli təsvirlər müşahidə olunub və gömrük yoxlaması tətbiq edilib.

Yoxlama nəticəsində həmin şəxsin çamadanında gömrük nəzarətindən gizlədilən 24 ədəd kiçik ölçülü sellofan paketlərdə 700.60 karat brilyant qaşlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…