Əsas məzmuna keç

76 yaşlı kişinin ölkədən çıxışı məhdudlaşdırılıb

Azərbaycanda külli miqdarda vergi borcları olan şəxsin ölkədən çıxışına qadağa qoyulub.

Tezadlar.az xəbər verir ki, 76 yaşlı Xaqani Ağayevin dövlət büdcəsi və fondlara ümumilikdə 36906,64 manat vergi borcu yaranıb.

Müəyyən müddət keçsə də, borclar ödənilməyib.

Dövlət Vergi Xidmətinin ərazi üzrə vergi idarəsi borcların ödənilməsi ilə bağlı Xaqani Ağayevə dəfələrlə bildirişlər göndərib. Lakin yenə də ödənişlər həyata keçilməyib.

Son olaraq idarə onun barəsində məhkəmədə iddia qaldırıb.

İddiada borclar tam ödənilənədək 76 yaşlı Xəqani Ağayevin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması istənilib.

Məhkəmə iddianı təmin edib. Qərara əsasən, X.Ağayevin ölkədən çıxışına qadağa qoyulub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…