Əsas məzmuna keç

8 noyabr paradına görə Azadlıq meydanındakı yeraltı dayanacaq bağlı olacaq

Azərbaycanın möhtəşəm tarixi qələbəsi olan 8 Noyabr – Zəfər günü ilə bağlı paytaxtda təşkil ediləcək paradla əlaqədar Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılacaq. Tezadlar.az xatırladır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu barədə rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, noyabrın 3-dən 9-dək Zəfər paradına hazırlıq müddətində və bayram günündə yeraltı dayanacaq fəaliyyət göstərməyəcək.

Qələbəmiz mübarək!

Ramiz

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…