Əsas məzmuna keç

80-ci illər geri döndü: Mahnı Teatrında zaman dayandı

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində musiqisevərlər üçün nostalji dolu retro gecə keçirildi. “80-ci illərin hit mahnıları” adlı konsert proqramında dövrün yaddaşlara həkk olunmuş mahnıları sevilən müğənnilərin ifasında səsləndirildi.

Retro gecədə səhnə alan solistlər arasında Xalq artistləri Gülyaz Məmmədova və Heydər Anatollu, eləcə də ifaçılar İlhamə Qasımova, Ayşən Mehdiyeva, Aynur İsgəndərli, Mədinə Kazımova, Fəxri Kazım Nicat və Rövşən Qəhramanov, Taleh Yəhyayev, Könül Məmmədova, Leyla Babayeva, Aysel Hüseynzadə, Səttar Qəmbərov və Rasim Səfər yer aldı. Konsert instrumental ansamblın canlı müşayiəti ilə baş tutdu.

Proqram 80-ci illərin musiqi ruhunu, həmin dövrün emosiyasını və estetik atmosferini yenidən yaşatdı. Bu gecə təkcə bir konsert deyil, bir nəslin xatirələrinə səyahət, musiqi vasitəsilə zamanın geriyə dönməsi kimi yadda qaldı.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…