Əsas məzmuna keç

9 Avropa ölkəsi hava limanlarında baş verən xaosdan sonra giriş-çıxış sistemini təxirə saldı

Fransa, Belçika, Hollandiya, Almaniya, Yunanıstan, Malta, Portuqaliya, İtaliya və İsveçrə texnologiya və sistemlər düzgün işləyənə qədər Avropa Birliyinin mübahisəli giriş-çıxış sistemini (EES) tətbiq etməyəcəklərini açıqlayıblar.

Tezadlar.az xəbər verir ki, Aİ olmayan vətəndaşlardan barmaq izi və üz skan etmələrini tələb edən sistem, hava limanlarında uzun növbələrə səbəb olub.

Fransa, Belçika, Hollandiya, Almaniya, Yunanıstan, Malta, Portuqaliya, İtaliya və İsveçrənin sərhəd axınını qorumaq üçün sistemin tətbiqini təxirə saldıqları bildirilir.

Ötən ilin oktyabr ayında istifadəyə verilən sistemin aprel ayına qədər tam tətbiq olunacağı gözlənilirdi.

Ölkələrə yay aylarında səyahət xaosunun qarşısını almaq üçün nəzarəti dayandırmaq imkanı verən 150 günlük güzəşt müddəti verilib.

Bu müddət 6 sentyabrda başa çatmalı olsa da, doqquz ölkə sistemlər düzgün işləyənə qədər nəzarəti tətbiq etməyəcəklərini açıqlayıb.

Aviaşirkətlərin reaksiyası

Aviaşirkətlər və hava limanları Aİ-nin yeni sərhəd nəzarətini necə idarə etdiyini tənqid ediblər.

Ryanair hava limanlarına və sərhəd orqanlarına kifayət qədər vaxt vermək üçün EES istisnasının ən azı 2027-ci ilin aprel ayına qədər uzadılmasını tələb edib.

Ryanair-in baş əməliyyat direktoru Neal McMahon prosesin əvvəldən axıra qədər bir fəlakət olduğunu və xəbərdarlıqların qulaqardına vurulduğunu bildirib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…