Əsas məzmuna keç

9 VƏ 14 YAŞLI İKİ BACI ÖLDÜRÜLDÜ

Rusiyada iki azyaşlı bacı öldürülüb.

“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, hadisə bu gün yerli vaxtla saat 05.00 radələrində Tuvanın paytaxtı Kızılın Lopsançapa küçəsində baş verib.

Rusiya İstintaq Komitəsinin məlumatında bildirilir ki, 9 və 14 yaşlı bacılara çoxsaylı xəsarət yetirilib. 9 yaşlı qız hadisə yerində, 14 yaşlı qız isə xəstəxanada ölüb.

Hadisə yerindən foto

Bacıları öldürməkdə şübhəli bilinən Tuva Respublikasının Tes-Xemsk rayonunun 23 yaşlı sakini saxlanılıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın