Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı ÖzbəkistanRespublikasının Daşkənd şəhərində keçirilən “Türk Dünyasında Modernləşmə” Beynəlxalq Simpoziumunda iştirak etmişdir. Bu barədə “Təzadlar”a Günel Aslanlı özü məlumat vermişdir.
Qeyd edək ki, bu mötəbər tədbirdə türk dünyasının müxtəlif ölkələrindən gəlmiş alim və tədqiqatçılar XIX–XX əsrlərdə baş vermiş modernləşmə prosesləri, milli oyanış və mədəni yeniləşmə hərəkatları ilə bağlı elmi məruzələr təqdim etmişlər. Simpoziumda “Azerbaycan Toplumunda Kadın Kurtuluş Fikirlerinin Tarihsel Gelişimi (Ceditçilikden Modern Çağa)” adlı məruzə ilə çıxış edən Günel Aslanlı Azərbaycan tarixində modernləşmə ideyalarının formalaşması, Cədidçilik hərəkatının ictimai və mədəni təsirləri, həmçinin Heydər Əliyevin müasir dövrdə milli inkişaf strategiyasına verdiyi töhfələr mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzı böyük maraqla qarşılanmışdır. AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlının belə bir mötəbər Beynəlxalq elmi müzakirələrdə iştirakı simpozium iştirakçıları tərəfindən Azərbaycan elminin regional əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə və türk dünyasında ortaq dəyərlərin təbliğinə mühüm töhfə kimi dəyərləndirilmişdir. Bu barədə “Özbəkistan həqiqətləri” portalında da ayrıca qeydlər verilmişdir.
Elçin Məmmədli

