13 Noyabr 2025 / 23:40

Saakaşvili həbsxanadakı şəraitdən narazıdır

“Bu dəfə həbsxana tamamilə doludur. Məni əvvəlkindən qat-qat çox həbsxana mühafizəçiləri izləyirlər”.

Tezadlar.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında yazıb.

O, tibb müəssisəsindən həbsxanaya qayıtdıqdan sonra kamerasında Rusiya və Azərbaycan televiziya kanallarının olduğunu bildirib.

“Ən çox diqqət çəkən başqa bir şey isə mənim kameramdakı televiziya bir Azərbaycan kanalı istisna olmaqla, yalnız Rusiya kanallarını göstərir”, – siyasətçi vurğulayıb.

Qeyd edək ki, M. Saakaşvili səhhətində yaxşılaşma müşahidə olunduqdan sonra klinikadan yenidən həbsxanaya köçürülüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!