Əsas məzmuna keç

“Arsenal” Timberlə yeni müqavilə barədə razılaşıb

İngiltərənin “Arsenal” klubu niderlandlı futbolçu Yurrien Timberlə yeni müqavilə imzalamaq barədə razılığa gəlib.

Tezadlar.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 2031-ci ilin iyun ayınadək qüvvədə olacaq müqavilənin şərtlərini razılaşdırıblar.

Yaxın günlərdə London təmsilçisinin mətbuat xidməti bu barədə rəsmi açıqlama yayacaq.

Qeyd edək ki, “Arsenal” 2023-cü ildə Timberi Niderlandın “Ayaks” klubundan 40 milyon avroya transfer edib. 25 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 10 oyunda iştirak edərək 1 qolla yadda qalıb.

“Transfermarkt” portalı müdafiəçinin qiymətini 70 milyon avro olaraq dəyərləndirir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…