14 Noyabr 2025 / 12:00

Həkimlikdən qovulan saxta diplomlu ginekoloq nazir olmaq istəyirmiş?

…Həkimlikdən qovulan nazir olmaq istəyir? Diplomları və sertifikatları saxta çıxan uzman ginekoloq kimi fəaliyyət göstərən Turanə Nəsibova-Paşayeva nazir olmaq arzusuna düşüb.
Tezadlar.az xatırladır ki, bir neçə ay əvvəl mətbuatda Turanə Nəsibova-Paşayeva haqqında xeyli müzakirələr aparılıb. Müzakirələrdən sonra 5 ali təhsilinin olduğunu deyən, 8 dildə danışa bildiyini söyləyən, 178 sertifikat aldığını vurğulayan, özünü uzman ginekoloq kimi təqdim edən Turanə Nəsibova-Paşayeva ilə bağlı Baş Prokurorluq yoxlamalar başladı. Yoxlamalar zamanı onun və digərlərinin diplomlarının və sertifikatlarının saxta olduğu üzə çıxıb. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən də bildirildi ki, Azərbaycan Respublikasında praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ olan həkimlər və orta tibb işçiləri barədə məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Tibb kadrlarının vahid reyestri”nə daxil edilir. Həmin şəxslə bağlı sözügedən reyestrdə məlumat mövcud deyil. Onun paylaşımlardan belə məlum olur ki, saxtakarlığı ifşa olunandan sonra onun fəaliyyəti yoxlanılıb və qanunsuzluqlar aşkar edildiyi üçün klinikası qapadılıb.
İndi Turanə Nəsibova-Paşayeva bağlanan obyektlərini geri istəyir. Əks halda o, nazir postuna iddialıdır: “Obyektlərimi geri qaytarmırlarsa mən nazir postunu istəyirəm. Mən buna layiqəm”.
Vəssalam! Vaxtında saxta sənədlərə öyrədilən xanımın nazir olmaq arzusu da burdan qaynaqlanır…
CƏBUHİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!