Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerlə görüşüb. Tezadlar.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün “X” hesabında məlumat paylaşıb. Hikmət Hacıyev Dövlət katibinin siyasi məsələlər üzrə müavini Allison Hukerin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu ifadə edib. Sitat: “Bizim müzakirələrimiz Ermənistan-Azərbaycan sülh gündəliyinin irəliləyişi və regional əlaqə təşəbbüslərinin həyata keçirilməsi də daxil olmaqla, bir çox məsələləri əhatə edib. Biz həmçinin əsas regional və qlobal hadisələr barədə fikir mübadiləsi apardıq, Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq ruhunu təsdiq etdik”.