Əsas məzmuna keç

Sabunçuda avtomobildən 6000 manat oğurlayan tutuldu

Sabunçu rayonu Ramana qəsəbəsində bir avtomobildən 6000 manat nağd pul və bank kartları oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Ağamirzəyev müəyyən edilərək saxlanılıb.

Bu barədə Tezadlar.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Məlum olub ki, saxlanılan şəxs nəqliyyat vasitəsinin qapısının açıq olmasından istifadə edərək oğurluq hadisəsini törədib.

Faktla bağlı cinayət işi başlanılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…