Bu gündən Ukraynanın Azərbaycandakı səfirliyində elektron formada anım kitabı açılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Husyev “X” hesabında yazıb. Sitat: “Rusiyanın Ternopilə endirdiyi zərbə nəticəsində ən azı 25 nəfər həlak olub. Eyni zamanda, 3 uşaq və 73 nəfər yaralanıb. Biz elektron formada başsağlığı kitabı açırıq. Bu terror aktına qarşı güclü beynəlxalq reaksiya verməyə çağırırıq və qurbanların ailələrini dəstəyimizi ifadə edirik”.







