Əsas məzmuna keç

Lənkəranda üç ailənin yaşadığı ev yanıb

Lənkəran şəhərində üç ailənin yaşadığı ev tamamilə yanıb.

Tezadlar.az xəbər verir ki, hadisə şəhərin Mirzə Fətəli Axundov küçəsində baş verib.

Ümumi sahəsi təxminən 150 kvadratmetr olan yaşayış evi qısa müddətdə bütün əşyaları ilə birlikdə tamamilə yansa da, 3-ü uşaq olmaqla 8 nəfər xilas ola bilib.

Hadisəyə elektrik naqillərində yaranan qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…