26 Noyabr 2025 / 11:55

Tramp qəzəbləndi: “O, Ukraynanı Rusiyaya satmalıymış, bu, sövdələşməni aparanın işidir”

ABŞ Prezidenti Donald Tramp “Bloomberg” tərəfindən dərc edilmiş Xüsusi Elçi Stiv Vitkoffla Putinin köməkçiləri arasında olan söhbətin transkriptinə münasibət bildirib. Tramp səfirinin hərəkətlərində qeyri-adi bir şey görməyib, bunu “standart təcrübə” və sövdələşmə aparanın işinin mahiyyəti adlandırıb. Tezadlar.az Reuters- ə istinadla bildirir ki, Tramp jurnalistlərə belə deyib: “Bu, standart təcrübədir. O (Vitkoff – red.) bunu Ukraynaya satmalıdır. O, Ukraynanı Rusiyaya satmalıdır. Sövdələşmə aparanın etdiyi budur.”
Tramp vurğulayıb ki, effektiv danışıqlar prosesi həmişə münaqişənin hər iki tərəfində müəyyən təzyiq və inandırma tələb edir. Prezidentin sözlərinə görə, o, dərc olunmuş söhbəti şəxsən eşitməyib, lakin bu cür danışıqlar təcrübələrini normal hesab edir. Sitat:  “Onları buna inandırmalısınız. Bu, danışıqların çox standart bir formasıdır. Mən bu xüsusi səs yazısını eşitmədim, amma bu, adi danışıqlar təcrübəsidir. Və təsəvvür edirəm ki, o, eyni şeyi Ukraynaya da deyir, çünki hər iki tərəf güzəştə getməli və güzəştə getməlidir (red.).”

Beləliklə, Trampın 28 bəndlik sülh planının, necə deyərlər, altı üstünə, üstü altına çevrildi, hələ də şərtlərin dəyişdirilməsi baş verir. Çünki Trampın komandası bu sülh planını ABŞ nəzərləri ilə hazırlayarkən Avropa ölkələrinin təhlükəsizliyini və gələcək taleyini nəzərə almayıb.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!