27 Noyabr 2025 / 11:36

Ağ Ev buna görə jurnalisti “cadugər” adlandırıb

Ağ Ev jurnalist Cen Meyeri atışmadan sonra Milli Qvardiyanın Vaşinqtona yerləşdirilməsi ilə bağlı tənqid etdiyinə görə “xəstə, iyrənc cadugər” adlandırıb.

Tezadlar.az bu barədə “RİA Novosti”yə istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp administrasiyasının hansı üzvünün bu açıqlamanı verdiyi dəqiqləşdirilməyib.

Sosial media saytında paylaşım edən Meyer ABŞ hökumətinin Milli Qvardiya qüvvələrinin Vaşinqtona yerləşdirilməsi qərarını “siyasi şou” adlandırıb və bu qərarın heç vaxt verilməməli olduğunu bildirib.

Tramp “New York Times” qəzetini “xalqın düşməni” adlandırıb.

Ağ Ev yaxınlığında baş verən atışmadan sonra ABŞ prezidenti Donald Tramp Vaşinqtona əlavə 500 Milli Qvardiya əsgərinin yerləşdirilməsi tələbini edib.

25 noyabrda Tramp İllinoys qubernatoru Pretzkeri federal hakimiyyət orqanlarından cinayətkarlıqla mübarizə aparmaq üçün ştata Milli Qvardiya qoşunlarının yerləşdirilməsi üçün müraciət etməkdən imtina etdiyinə görə “kök axmaq” adlandırıb. 2025-ci ilin oktyabrında ABŞ apellyasiya məhkəməsi Trampın İllinoys ştatına qoşun yerləşdirilməsinin qarşısını alıb.

Milli Qvardiyanın və digər qurumların qoşunları artıq Los-Anceles, Vaşinqton, Çikaqo, Memfis və Portland şəhərlərinə yerləşdirilib. Lakin rayon məhkəmələri Trampın təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi qərarlarını qanunsuz hesab edib.

E.ŞİRİNOV

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!