Zorakılıqla bağlı şübhələr diqqətdən kənarda qalmır.
İtkin düşmüş kimi axtarışı aparılan və polis əməkdaşları tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilən şəxslərlə bağlı gündəlik hesabat veririk.
Tezadlar.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial media hesabında bildirib.
“Bu şəxslərlə bağlı soruşulur ki, bəlkə həmin adam ailəsinə qayıtmaq istəmir, polis hansı tədbirləri görür?”- sualını DİN Mətbuat Xidmətinin rəisi belə cavablandırıb:
“Polis əməkdaşları yetkinlik yaşına çatmış, yaxud digər yaş kateqoriyasında olan şəxsi heç vaxt məcburi şəkildə ailəsinə təhvil vermir. Axtarışda olan şəxs tapıldıqda, ilk növbədə onun sağlamlığı yoxlanılır, ailəsi ilə ünsiyyətdə öz iradəsi ilə olub-olmadığı müəyyən edilir. Zorakılıq ehtimalı varsa, araşdırılır və həmin şəxs ailə mühitinə qaytarılmır, əksinə, müdafiə mexanizmləri işə düşür. Yəni məqsəd kimisə kiməsə təhvil vermək deyil, şəxsin təhlükəsizliyini təmin etməkdir. Hər kəsin iradəsinə hörmət olunur və zorakılıqla bağlı ən kiçik şübhə belə diqqətdən kənarda qalmır, qalmamalıdır”.
JASMİN