Konqo Demokratik Respublikasında Ebola epidemiyasından ölənlərin sayı 4000-i keçib.
Konqo Demokratik Respublikasında 15 mayda elan edilən Ebola epidemiyasından ölənlərin sayı 4018-ə çatıb.
Tezadlar.az xəbər verir ki, Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 8300-ə, ölüm hallarının sayı isə 4018-ə çatıb.
Ölkənin 7 əyalətini əhatə edən epidemiyada 2162 nəfər sağalıb, ölüm nisbəti isə 48,4 faizə yüksəlib.
Ebola Afrikada minlərlə insanın ölümünə səbəb olub.
Hemorragik qızdırmanın bir növünə səbəb olan Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara şəhərində və Konqo Demokratik Respublikasının Yambuku kəndində eyni vaxtda epidemiyalarla ortaya çıxıb.
Konqo Demokratik Respublikasında epidemiya Ebola çayının yaxınlığındakı bir kənddə başladığı üçün xəstəliyə bu çayın adı verilib.
Ebola virusu Qərbi Afrikada 2013-cü ilin dekabr ayında yayılıb. 2014-2017-ci illər arasında Qvineya, Liberiya və Syerra-Leonedə baş verən epidemiya 30.000 insana yoluxub və 11.000-dən çox insan ölüb.
Konqo Demokratik Respublikasının şərqindəki İturi əyalətində 246 şübhəli hal və 65 ölüm hadisəsindən sonra 15 mayda ölkədə epidemiya elan edilib.
Səhiyyə orqanlarının məlumatına görə, may ayında ortaya çıxan Ebolanın “Bundibugyo” variantı üçün təsdiqlənmiş müalicə və ya peyvənd yoxdur.
ELBAR







