Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İki dünya müharibəsindən və 20 ABŞ prezidentinin ölümündən sağ çıxan tısbağa San Dieqo Zooparkında ölüb.
Tezadlar.az xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, Qramma adlı Qalapaqos tısbağasının 141 yaşı var idi.
İşçilər onu yaşlı olduğuna görə zooparkın kraliçası adlandırırdılar.
Zooparka gələn bir çox ziyarətçi Qrammanı ilk dəfə kiçik yaşlarında görüblər və illər sonra öz uşaqları ilə birlikdə onu görmək üçün ziyarətə gəliblər.
Harriet adlı ən yaşlı Qalapaqos tısbağası isə 175 yaşına qədər Avstraliya Zooparkında yaşayıb.
E.ŞİRİNOV