28 Noyabr 2025 / 08:45

Honkonqakı göydələndə baş verən yanğın 94 nəfərin ölümünə səbəb olmaqdadır

İki gün əvvəl Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış kompleksindəki yanğında ölənlərin sayı 94-ə çatıb. Tezadlar.az “Ria Novosti” yə istinadla bildirir ki, bu rəqəmin hələ daha da artacağı bildirilir. Baxmayaraq ki, yanğın baş verən əraziyə 300-dən çox yanğınsöndürmə və xilasetmə avtomobili, eləcə də 1200-dən çox yanğınsöndürən cəlb olunub.

Qeyd edək ki, noyabrın 26-da günortadan sonra dünyanın ən sıx məskunlaşılan və ən çox hündür binaların olduğu şəhərlərindən olan Honkonqun Tay Po rayonundakı 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğın binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başlayıb və küləyin təsiri ilə sürətlə yayılıb. Honkonqun sığorta sektorunun son 70 ildə ən güclü olan Tay Po yanğını ilə əlaqədar rekord məbləğdə – 2,6 milyard Honkonq dolları (334 milyon dollar) məbləğində iddialarla üzləşəcəyi gözlənilir. Yanğın yeddi binaya ciddi ziyan vurub.

Mütəxəssislər bir daha bildirirlər ki, göydələnlərdə insanların təhlükəsiz təxliyyəsi üçün xüsusi ehtiyat çıxışları olmalıdır.

Təəssüflər olsun, bir neçə dəfədir Bakıda da göydələn yanğınlarında onlarla insan həyatını itirib.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!