Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynanın yüksək rütbəli çinovnikləri müharibəyə cəlb edilmiş ölkəni korrupsiya əməlləri ilə abaş- başa buraxdı… Elə buna görə də ABŞ Prezidenti Donald Tramp əvvəlki administrasiyanın Kiyevə təqdim etdiyi “sonu görünməyən maliyyə axınını” dayandırmalı olub. Tezadlar.az Reuters- ə istinadla bildirir ki, Ağ Evin mətbuat katibi Kerolayn Levit brifinqdə jurnalistlərə belə deyib. Levit bildirib ki, Tramp “korrupsiyanın heç vaxt xeyir gətirmədiyini tam aydın şəkildə ifadə edib. Sitat: “Məhz buna görə əvvəlki administrasiyanın bu müharibəni maliyyələşdirmək üçün yazdığı sonu görünməyən çeklərə son qoydu”.
Bəli, dünyanın korrupsiyaya qarşı olduğu bir vaxtda, üstəlik, Rusiya ilə dağıdıcı müharibəyə cəlb edilmiş ölkədə məmur korrupsiya ilə məşğul olursa, bu artıq düşmənə xidmət deməkdir, vətənə xəyanətdir!
A.Məmmədli