Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 Dekabr 2025 / 12:35

Tramp Hondurası “Cəhənnəm qisası” ilə hədələdi

Amerika prezidenti ölkənin seçki komissiyasını səslərin sayılmasını dərhal başa çatdırmağa çağırdı

ABŞ prezidenti Donald Tramp Honduras hakimiyyətini seçki nəticələrinin düzgün şəkildə cədvəlləşdirilməməsi halında ciddi nəticələrlə bağlı xəbərdar etdi.

Tezadlar.az xəbər verir ki, bu gün – 2 dekabrda “Truth American” sosial media hesabında Amerika lideri səslərin sayılması başa çatmasa, ölkənin “cəhənnəm qisası” ilə üzləşəcəyini bildirib.

“Görünür, Honduras prezident seçkilərinin nəticələrini ləğv etməyə çalışır”, – Tramp yazıb.

30 noyabrda Hondurasda ümumi seçkilər keçirildi və bu seçkilərdə təxminən 6,5 milyon vətəndaş dövlət başçısına, parlamentə və yerli hökumətə səs verdi. Mərkəzi Seçki Komissiyası hələlik yekun nəticələri açıqlamayıb.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!