MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Bu isə , dövlət idarəetməsində geriyə doğru addımdır, yumşaq desəm biabırçı vəziyyətdir.Həm də ölkənin ən çox rəqəmsal transformasiya olunan qurumunda belə bir absurd halın yaşanması çox düşündürücüdür. Normalda süni intellekt texnologiyalarının tətbiqi ilə bu cür arayışlara ümumiyyətlə ehtiyac qalmamalı idi. Sistem bütün məlumatları özü müəyyənləşdirməliydi. Bizdə isə əksinə olaraq, “yarımrəqəmsaldan” kağıza doğru geriyə dönüş baş verib.
Bir az araşdırdıqda ortaya belə bir mənzərə çıxır:ƏƏSMN əslində xidməti rəqəmsallaşdırıb. Amma Antiinhisar Agentliyinin portalına inteqrasiya edə bilməyib.Səbəb olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin arayışın elektron formada verilməsi üçün lazım olan məlumatları Məhkəmə-Hüquq Şurasından ala bilməməsi göstərilib.Vəssalam, dairə qapanıb.Bu səbəbdən Dövlət Əmək Müfəttişliyi Xidməti xidmətin elektron təqdimatını dayandırıb, xidmət Nazirliyin saytından da çıxarılıb və xidmətin təqdim edilməsi dədə-baba qaydasına keçirilib.
Rəqəmsal transformasiyaya və rəqəmsal hökumətə cavabdeh mərkəzi qurum – RİNN, İRİA mövcud olduğu halda belə uyğunsuzluqların baş verməsi anlaşılmazdır.Əgər dövlət qurumu xidməti rəqəmsallaşdırıbsa, onun inteqrasiyası təmin olunmalıdır. Yoxsa bir qurumun “vermirəm”, digərinin isə “inteqrasiya edə bilmirəm” deməsi dövlət idarəçiliyinə yaraşan yanaşma deyil.Daha pisi isə dövlət qurumlarının istədiyi an elektron xidmətləri bağlaması, aktivləşdirməsi, inteqrasiyadan çıxarmasıdır”.