3 Dekabr 2025 / 10:05

Dmitriyev Putin-Uitkoff görüşünü məhsuldar adlandırdı

Danışıqlar beş saat davam edib

Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Stiven Uitkoff arasında danışıqlar məhsuldar başa çatdı.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev sosial media saytında yazıb.

“Məhsuldar”, – deyə o yazıb.

Putin və Vitkov arasında danışıqlar beş saatdan sonra başa çatıb.

Rusiyanı təmsil edən Dmitriyev və prezidentin müşaviri Yuri Uşakov danışıqlarda iştirak ediblər. Danışıqlarda Ukrayna ətrafındakı vəziyyətin, o cümlədən ABŞ tərəfindən münaqişənin həlli üçün irəli sürülən təkliflərin müzakirəsi planlaşdırılırdı.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!