3 Dekabr 2025 / 11:19

ABŞ Latın Amerikasında narkotik qaçaqmalçılığı hədəflərinə zərbələr endirəcək – Tramp

ABŞ Prezidenti Donald Tramp Amerika ordusunun tezliklə narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində Latın Amerikasında quru hədəflərinə zərbələr endirməyə başlayacağını açıqlayıb.

Tezadlar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Bu insanlar (narkotik qaçaqmalçıları) 200.000-dən çox insanı öldürüblər”, – deyə Tramp kabinet iclasında bildirib. – “Əslində, onlar keçən il 200.000-dən çox insanı öldürüblər. Və bu rəqəmlər azalıb. Və bu zərbələr biz həyata keçirdiyimiz üçün azalıb. Və biz quruda da həmin zərbələri həyata keçirməyə başlayacağıq.”

“Bilirsiniz, quruda daha asandır”, – deyə Tramp aydınlıq gətirib. – “Bu, daha asandır və biz onların hansı yollarla getdiyini bilirik. Biz onlar haqqında hər şeyi bilirik. Biz onların harada yaşadığını bilirik. Biz pis insanların harada yaşadığını bilirik və biz bunu çox tezliklə etməyə başlayacağıq.”

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!