3 Dekabr 2025 / 11:43

Tramp bildirib ki, o, Maskla yaxşı yola gedir

ABŞ Prezidenti Donald Tramp hazırda sahibkar Elon Maskla çox yaxşı yola gedir.

Tezadlar.az bildirir ki, Amerika lideri bu açıqlamanı Ağ Evin YouTube kanalında yayımlanan Nazirlər Kabinetinin iclası zamanı verib.

“Mən İlonu həqiqətən sevirəm. Seçkilər zamanı mənə çox kömək etdi, məni dəstəklədi. O, ortaq bir problemimizin olduğuna qətiyyətlə inanırdı… Düşünürəm ki, yaxşı yola gedirik”, – deyə Ağ Ev rəhbəri bildirib.

Xatırladaq ki, iyun ayında Tramp və Mask arasında ictimai mübahisə yaranıb. Mask fərdlər üçün vergi güzəştləri təmin edən qanun layihəsini tənqid edib. Buna cavab olaraq ABŞ prezidenti büdcə vəsaitlərinə qənaət etmək üçün Maskın layihələri üçün subsidiyalara və müqavilələrə son qoymağı təklif edib.

Daha sonra sosial media platformasında keçmiş dostlar arasında mübahisə yaranıb və Mask iddia edib ki, onun dəstəyi olmasaydı, Tramp ABŞ prezident seçkilərində qalib gələ bilməzdi.

Sentyabr ayında Tramp mühafizəkar siyasətçi və fəal Çarli Kirkin anım mərasimində Maskla görüşünü və söhbətini tərifləyib. Amerika lideri və milyarder o zaman əl sıxıblar.

Əvvəllər Tramp Maskı “bacarıqlı oğlan” adlandırıb.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!