Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sən demə, ucsuz- bucaqsız Rusiya çöllərinin kənd və şəhərləri insansız qalmaqda ikən, Rusiya rəhbərliyi Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün aparılan danışıqlarda mübahisə doğuran əsas müddəa olaraq Ukraynanın Donetsk vilayətinin Kiyevin nəzarətində olan 20% ərazisinə göz dikib. Bəs bu qədər acılara, ölüm və dağıntılara dəyərdimi??? Tezadlar.az Reuters- ə istinadla xatırladır ki, elə ABŞ-ın dövlət katibi Marko Rubio da mediaya müsahibəsində bu barıdı danışıb. Sitat: “Hazırda sözün əsl mənasında mübahisə etdikləri təqribən 30-50 kilometrlik bir ərazi və Donetsk vilayətinin 20%-i (Ukraynanın nəzarəti altında) qalır. Biz anlamağa çalışdıq və hesab edirəm ki, biz müəyyən irəliləyiş əldə etdik, ukraynalılar nə ilə yaşaya bilər, onların gələcək təhlükəsizliyinə nə zəmanət verəcək”.
Qeyd: dekabrın 2-də Rusiya Prezidenti Vladimir Putinin Moskvada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə 5 saatdan çox davam edən görüşü baş tutub. Əsas mövzu Ukraynada nizamlanma olub. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Amerika sülh planının dörd sənədində yer alan təkliflərin mahiyyəti müzakirə olunub.