Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gecə saatlarında Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə 5 saatlıq görüşü yekunlaşdı. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla bildirir ki, danışıqlardan sonra Uitkoff Kremli tərk edərək ABŞ səfirliyinə gedib. Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev isə tvitter hesabında görüşün məhsuldar keçdiyini yazıb. Görüşdə Rusiya tərəfdən Putinin köməkçisi Yuri Uşakov və xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev, Amerika tərəfdən isə sahibkar, investor, “Affinity Partners” şirkətinin təsisçisi Jared Kuşner dı iştirak edib. Hələki danışıqların detalları tam açıqlanmır, amma Putinin əsas sualları və tələbi Donets, Luqansk və Krımla NATO məsələləri üzərindədir. Zelenski isə bu tələbləri qəti rədd edir. Əksinə, Ukrayna Almaniya və İsveçdən uzaqmənzilli, radarların belə tuta bilmədiyi raketləri almaqda davam edir…
A.Məmmədli