3 Dekabr 2025 / 23:55

Uşakov: Kiyev İstanbul danışıqlarını davam etdirməkdən imtina edib

Rusiya Ukrayna nizamlanması məsələsində yalnız ABŞ ilə əməkdaşlıq edir.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“Bilirsiniz ki, ukraynalılar indi İstanbul danışıqlarının raundlarını davam etdirmək istəmirlər, təmaslar isə yalnız Vaşinqton və Moskva arasındadır”, – o, jurnalistlərə bildirib.

Uşakov həmçinin vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinin dekabrın 2-də ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin rəhbərinin kürəkəni Cared Kuşnerlə görüşü zamanı Ukraynanın NATO-ya üzvlüyü məsələsi qaldırılıb.

“Bu, əsas suallardan biridir və müzakirə olunub”, – Rusiya Prezidentinin köməkçisi qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!