4 Dekabr 2025 / 12:34

Kütləvi insan oğurluqları Nigeriyada fövqəladə vəziyyət elan etməyə səbəb oldu

Nigeriya Prezidenti Bola Əhməd Tinubu ölkədə davam edən kütləvi insan oğurluqlar səbəbindən fövqəladə vəziyyət elan etdi.

O, həmçinin silahlı qüvvələr və polis üçün əlavə işə qəbul əmri verib.

Tezadlar.az  xəbər verir ki, bu barədə Nigeriya liderinin informasiya və strategiya üzrə xüsusi müşaviri Bayo Onanuqa öz Facebook səhifəsində məlumat verib.

Polis əlavə 20.000 əməkdaşı işə götürəcək və bununla da onların ümumi sayı 50.000-ə çatacaq.

VİP mühafizə vəzifələrindən kənarlaşdırılan zabitlər “ölkənin yüksək təhlükəsizlikli ərazilərinə göndərildikdə daha effektiv polis fəaliyyətini təmin etmək” üçün xüsusi təlim və təlimat keçməlidirlər.

Nigeriya lideri, həmçinin kifayət qədər təhlükəsizliyi olmayan ucqar ərazilərdə internat məktəblərinin yaradılmasına yenidən baxılmasını tələb etdi, məscidlər və kilsələr namaz qılmaq üçün toplaşdıqda təhlükəsizlik yardımı almağı tövsiyə etdi, eyni zamanda çobanları açıq otlaqlarda mal-qara otarmağı dayandırmağı və qanunsuz silahları təhvil verməyə səslədi.

Xatırladaq ki, Nigeriyada məktəblərə və kilsələrə bir neçə hücum baş verib.

Belə ki,  21 noyabrda silahlı şəxslər Niger ştatındakı Müqəddəs Məryəm Katolik Məktəbinə hücum edərək 215 şagird və 12 müəllimi qaçırıblar.

ABŞ Nigeriya hakimiyyətini üsyançılar tərəfindən xristianların kütləvi şəkildə öldürülməsini gözardı etməkdə günahlandırdı. Ağ Ev prezidenti Donald Tramp isə hərbi əməliyyat təklif edib.

Nigeriya hakimiyyəti ölkədə xristianlığın yox olmaq təhlükəsi ilə üzləşdiyini inkar edib. Müqəddəs Taxt Nigeriyadakı xristianlarla bağlı diplomatik böhrana cavab vermək qərarına gəlib.

Vatikanın baş diplomatı Kardinal Pietro Parolin Nigeriya rəhbərliyinin xristianların soyqırımını inkar etməsini dəstəkləyib və o, ştatdakı zorakılığın “dini münaqişə deyil, əksinə sosial münaqişə” olduğunu və bunun bütün dinlərin üzvlərinə təsir etdiyini bildirib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!