5 Dekabr 2025 / 12:15

“Xüsusi hərbi əməliyyatı məqsədlərimizə çatdıqdan sonra bitirəcəyik”

Rusiya prezidenti Vladimir Putin Hindistana rəsmi səfəri çərçivəsində India Todayə müsahibə verərək Ukrayna müharibəsi, Qərbin rolu, Kiyev rəhbərliyi və ABŞ-la münasibətlər barədə açıqlamalar verib. Tezadlar.az xəbər verir ki, bu, Ukrayna müharibəsi başlayandan sonra Putinin Hindistana ilk səfəridir. Putinin sözlərinə görə, Qərb 2014-cü ildə Ukraynanı qızışdıraraq və çevrilişə dəstək verərək müharibənin əsasını qoyub. O bildirib ki, Rusiya “xüsusi hərbi əməliyyatı” yalnız əməliyyatın əvvəlində müəyyən edilmiş məqsədlər tam yerinə yetiriləndə başa çatdıracaq: “Bu müharibəni başlayan biz deyildik. Qərb Ukraynada çevrilişi dəstəklədi və bunun nəticəsində proseslər Krım hadisələrinə gətirib çıxardı. Bizim xüsusi hərbi əməliyyatımız həmin müharibəni bitirmək cəhdidir,” – deyə Putin bildirib.Prezident Ukrayna lideri Volodimir Zelenskini də tənqid edərək onun “sələflərinin səhvlərini təkrarladığını” və “radikal millətçilərin maraqlarını xalqın maraqlarından üstün tutduğunu” deyib. Putin qeyd edib ki, problemlərin həllinin ən yaxşı yolu sülh danışıqlarıdır. Müsahibə zamanı Putin ABŞ-Rusiya iqtisadi münasibətlərinə də toxunub. Onun sözlərinə görə, ABŞ-ın böyük şirkətləri Rusiyayla əməkdaşlığı bərpa etməkdə maraqlı olduqlarını bildiriblər və siyasi şəraitin dəyişməsini gözləyirlər. Putin həmçinin ABŞ prezidenti Donald Trampın Rusiya–Ukrayna müharibəsinin sona çatmasını “səmimi şəkildə istədiyini” vurğulayıb:“Tramp həmişə bildirir ki, insan itkilərinin minimuma endirilməsini istəyir və mən əminəm ki, bu, səmimidir”, – deyə prezident qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!