5 Dekabr 2025 / 12:40

Putin “sülh planı” ilə bağlı Rusiyanın razılaşmadığı bir sıra məqamlar olduğunu açıqlayıb

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof və Donald Trampın kürəkəni Cared Kuşnerlə Kremlində keçirilən görüşlə bağlı Hindistan mediasına ilk açıqlama verib.

Tezadlar.az  xəbər verir ki, Putinin sözlərinə görə, Vaşinqton tərəfi “sülh planının” maddələrini dörd ayrı pakete bölüb və onların ayrıca müzakirəsini təklif edib. Prezident bildirib ki, münaqişə tərəflərinin konsensusa gəlməsi “asan məsələ deyil”. Putinin dediyinə görə, Rusiyanın razılaşmadığı bir sıra məqamlar da olub: “Bəli, belə məsələlər vardı, biz onları müzakirə etdik”. O həmçinin qeyd edib ki, hazırda hansı bəndlərin Rusiyanı qane etmədiyini açıqlamaq tezdir, çünki bu, Vaşinqtonun qurduğu iş prosesini poza bilər. Rusiya prezidenti iddia edib ki, ABŞ-ın irəli sürdüyü təkliflər Alyaskada Donald Tramp ilə əldə olunmuş razılaşmalara əsaslanır. Putin bir daha Rusiyanın tələbini səsləndirib: Ukrayna Donbasdan hərbi qüvvələrini çıxarmalıdır. “Ya biz bu əraziləri silahlı yolla azad edəcəyik, ya da Ukrayna ordusu həmin bölgəni tərk edəcək və orada müharibəni dayandıracaq!”

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!