Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ölkəsinin heç bir halda öz ərazisindən imtina etməyəcəyini qəti şəkildə bildirib. Tezadlar.az xəbər verir ki, bu barədə “RBK-Ukraina” məlumat yayıb. Sitat: “Əlbəttə, bizim üçün sadəcə ərazini təhvil vermək qəbuledilməzdir. Ümumiyyətlə, torpağımızdan imtina etmək nə deməkdir? Biz bunun üçün mübarizə aparırıq və buna görə də ərazilərimizi vermirik”, – Sırski bildirib. Baş komandanın sözlərinə görə, Ukrayna üçün “ədalətli sülh” heç bir ilkin şərt qoyulmadan, ərazi güzəştləri tələb olunmadan və hazırkı təmas xətti boyunca atəşin dayandırılması ilə mümkündür.
ABŞ- Ukrayna- Rusiya danışıqları isə davam edir, Hələki Tramp arzusuna çata bilmir, “Sülh göyərçini” olmasından uzaqlaşdırılır…







