Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlar çərçivəsində tərəflərdən güzəştlər əldə etmək məqsədi ilə həm Moskvaya, həm də Kiyevə təzyiq göstərirlər”. Tezadkar.az xatırladır ki, ABŞ-nin “Axios” portalının müxbiri Barak Ravid belə şərh edib. Ukrayna prezidenti Volodimir Zelenski isə daha əvvəl Uitkoff və Kuşnerlə söhbət aparmış və onu “uzun və məzmunlu” adlandırmışdı. “Axios”un jurnalisti anonim mənbələrə istinadən bildirib ki, tərəflər ərazi məsələlərini və ABŞ-nin Ukraynaya verəcəyi təminatları müzakirə ediblər. Mənbələrdən birinin sözlərinə görə, ərazi müzakirələri çətin keçib. Rusiya hələ də Ukraynadan Donbasın onun nəzarətində olan hissəsindən qoşunlarını çıxarmağı tələb edir. “Amma ABŞ bu problemi aradan qaldırmaq üçün yeni ideyalar üzərində işləməyə çalışır”, – “Axios”un digər mənbəsinə istinadən qeyd olunub. Digər tərəfdən, ABŞ və Ukrayna təhlükəsizlik təminatları məsələsində əhəmiyyətli irəliləyiş əldə edib və razılaşmaya yaxınlaşıb. Amma görülməli iş isə hələ çoxdur.