8 Dekabr 2025 / 11:19

Zelenski Uitkoffla danışıqları çətin adlandırdı

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerlə danışıqlarını çətin adlandırdı.

Tezadlar.az xəbər verir ki, o, bunu Telegram kanalında bildirib.

“Amerika nümayəndələri Ukraynanın fundamental mövqelərini bilirlər; bu, çətin olsa da, konstruktiv bir söhbət idi. Biz işləməyə davam edirik”, – o, yazıb.

Ukrayna lideri həmçinin Avropa liderləri ilə danışıqlar aparmaq niyyətini vurğulayıb. O, Ukraynanın təhlükəsizliyi, Kiyevə maliyyə dəstəyi və onlarla ortaq danışıqlar mövqeyinin hazırlanması məsələlərini müzakirə etməyi planlaşdırır.

Əvvəllər Zelenskinin Uitkoff və Kuşnerlə söhbətinin iki saat davam etdiyi və ərazilərə yönəldiyi bildirilirdi. Digər əsas məsələ ABŞ-ın Ukrayna üçün təhlükəsizlik zəmanətləri idi.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!