Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Dekabr 2025 / 10:39

Qış qapını döyür… Bəs qara, yağışa və dumana hazırsınızmı?

Bu gün dekabrın 8-nə olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən tezadlar.az-a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə intensiv xarakterlidir. Hazırda isə Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa isə qar yağır.

Düşən yağıntının miqdarı Lənkaranda 21, Sədərəkdə 18, Astarada 15, Ağdamda 14, Zərdab, Şərur, Sabirabad, Kürdəmirdə 12, Şəki, İmişlidə 10, Şahbuz, Qubada 9, Qax (Sarıbaş), Zaqatala, Naxçıvan, Beylaqan, Gəncədə 8, Mingəçevir, Yevlax, Şəmkir, Naftalan, Balakən, Oğuz, Bərdə, Tərtərdə 7, Şirvan, Ordubad, Gədəbəy, Tovuz, Qəbələ, Neftçalada 6, Ağstafada 5, Cəbrayıl, Biləsuvar, Culfa, Goranboy, Ceyrançöl, Daşkəsən, Göyçay, Qusar, Lerik, İsmayıllı, Yardımlı, Şabran, Şamaxı, Xızı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Xaçmaz, Qobustanda 4, Bakıda və Abşeron yarımadasında isə1 mm-dir.

Şərur, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Mingəçevir, Qusar, Xızı , Oğuz, Qobustan, Quba, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 11-i səhərədək davam edəcəyi gözlənilir.

Qışın qarına, soyuğuna və sərt şaxtasına hazır olun ki, sonra “xəbərim olmayıb” deməyəsiniz…

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!