12 Dekabr 2025 / 10:35

Fon der Leyen Trampı Avropa işlərinə müdaxilə etməməyə çağırdı – “Politico”

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ABŞ prezidenti Donald Trampı Avropa işlərinə müdaxilə etməməsi ilə bağlı xəbərdar edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

“Başqa heç kim müdaxilə etməməlidir, sual verilmir”, – qəzet fon der Leyenin sözlərini sitat gətirib.

Diplomat vurğulayıb ki, Aİ artıq seçkilərə xarici müdaxilə ilə mübarizə və demokratik prosesləri qorumaq üçün təşəbbüs irəli sürüb və bunu “Demokratiya qalxanı” adlandırıb.

O, həmçinin Avropanı transatlantik münasibətlərin vacibliyini vurğulayaraq daxili işlərinə diqqət yetirməyə çağırıb.

Xatırladaq ki, 10 dekabrda Federasiya Şurasının Konstitusiya Komitəsinin üzvü Aleksey Puşkov Aİ-nin Trampı “devirmək” üçün ABŞ-da maliyyə xaosu yaratmaq istədiyini bildirib. Senatorun sözlərinə görə, bu, Aİ-nin Ağ Ev rəhbərinin Ukrayna ilə bağlı mövqeyinə görə qisası olacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!