Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sabah Gürcüstanın paytaxtı Tbilisidə “Uşaq Avroviziya” Mahnı Müsabiqəsinin final mərhələsi keçiriləcək.
Bu genişmiqyaslı tədbirdə 18 Avropa ölkəsindən uşaqlar iştirak edəcək.
Tezadlar.az xəbər verir ki, müsabiqəyə ev sahibiliyi edən ölkəni “Ulduz kimi parılda” mahnısını ifa edən Anita Abqariani, Azərbaycanı isə gənc müğənni Yağmur “Myau-Myau” mahnısı ilə təmsil edəcək.
Canlı yayım Gürcüstan İctimai Yayımı tərəfindən yayımlanacaq.
Müsabiqə Tbilisi vaxtı ilə saat 20:00-da başlayır.
Xatırladaq ki, Gürcüstan ötən il Madriddə keçirilən müsabiqədə 11 yaşlı Andria Putkaradzenin qalib gəlməsindən sonra “Uşaq Avroviziya” Mahnı Müsabiqəsinə ev sahibliyi etmək şansını qazandı.