Əsas məzmuna keç

Sabah Tbilisidə “Uşaq Avroviziya” müsabiqəsinin finalı keçiriləcək – VİDEO

Sabah Gürcüstanın paytaxtı Tbilisidə “Uşaq Avroviziya” Mahnı Müsabiqəsinin final mərhələsi keçiriləcək.

Bu genişmiqyaslı tədbirdə 18 Avropa ölkəsindən uşaqlar iştirak edəcək.

Tezadlar.az  xəbər verir ki, müsabiqəyə  ev sahibiliyi edən ölkəni “Ulduz kimi parılda” mahnısını ifa edən Anita Abqariani,  Azərbaycanı isə gənc müğənni Yağmur “Myau-Myau” mahnısı ilə təmsil edəcək.

Canlı yayım Gürcüstan İctimai Yayımı tərəfindən yayımlanacaq.

Müsabiqə Tbilisi vaxtı ilə saat 20:00-da başlayır.

Xatırladaq ki, Gürcüstan ötən il Madriddə keçirilən müsabiqədə 11 yaşlı Andria Putkaradzenin qalib gəlməsindən sonra “Uşaq Avroviziya” Mahnı Müsabiqəsinə ev sahibliyi etmək şansını qazandı.

https://www.youtube.com/watch?v=ENLjwEkT4hs

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…