Əsas məzmuna keç

Ərdoğan və Putin Aşqabadda sülh təşəbbüslərini müzakirə etdi

Türkiyə Rusiya və Ukrayna arasında enerji obyektlərinə və limanlara zərbələr baxımından məhdud atəşkəsin həyata keçirilməsinin faydalı olacağına inanır.

Tezadlar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçirilən Beynəlxalq Sülh və Təhlükəsizlik Forumundan sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

Görüşdə Türkiyə ilə Rusiya ikitərəfli münasibətləri, Rusiya-Ukrayna müharibəsində sülh səyləri nəzərdən keçirilib və Türkiyənin sülh təşəbbüslərinə dəstək verəcəyi bir daha ifadə olunub.

R.T.Ərdoğan daha sonra müharibənin ədalətli və qalıcı bir sülhlə sonlandırılması üçün ortaya qoyulan səylərin dəyərli olduğunu, hər iki tərəf üçün praktik faydaları olan sahələrdə irəliləyiş əldə edilə biləcəyinə inandıqlarını vurğulayıb.

Ərdoğan müharibənin dayandırılması üçün Türkiyənin bütün formatlarda danışıqlara ev sahibliyi edə biləcəyini də diqqətə çatdırıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…