14 Dekabr 2025 / 15:15

Xudu Məmmədovun doğum günüdür- TARİX

…14 dekabr Ustad Xudu Məmmədovun doğum günüdür. Xudu müəllim milli azadlıq hərəkatının gizli liderilərindən biri olmaqla yanaşı mental dəyərləri sovetin vaxtından qoruyan şəxs olub. Bu gün dünya alimləri onun adını ehtiramla çəkir. Xudu müəllimin haqqında yazmaq olsaq buna ömür yetməz.
Fikir verin bu dahi şəxsin sözlərinə:
“Həyatın böyük çətinlikləri səni üzürsə, Füzulini oxu, ölməz “Koroğlu”nun uvertürasına qulaq as, muğamlarımızı, aşıq havalarımızı dinlə ki, sənə yenidən ayağa qalxıb irəli getmək, nəyisə əldə etmək həvəsi gəlsin.
Xalqını tanıyan və bilən millətini təmsil edə bilər. Xalqın mədəniyyətini bilmədən heç nəyi bilmək və heç kəsi təmsil etmək olmaz.
Xalq öz dilində ağlar. Onunla danışmaq istəsən onun dilini öyrən, ona dil öyrətmə!”
Sovet quruluşunun, ideologiyasının, cəmiyyətinin insanı öz qanından, genindən, kökündən ayrı salması məsələsi kəskin olaraq əsərlərdə tənqid olunurdu. Bu cəmiyyətdə Azərbaycanın üç rəngli, ay ulduzlu bayrağı da var idi. Gizli surətdə bayrağı Azərbaycana gətirən Xudu müəllim Universitetdə yaratdıqları gizli təşkilat üzvlərinə bayrağı göstərir.
Daha sonra Xudu müəllimin təşəbbüsü ilə kağız üzərində həmin bayrağın rəsmin çəkib üzvlərə paylanılır. Bu cəmiyyətin üzvləri gizli şəkildə kommunist diktaturasının doğurduğu eybəcərlikləri pisləyən vərəqələr yazıb divarlara vururdular. Əhalini Beynəlxalq təşkilatların nəzarəti altında demokratik seçkilər keçirməyə,Azərbaycanı SSRİ-nin tərkibindən çıxarıb müstəqil dövlət qurmağa çağırırlar.
Qədim dövr Azərbaycan tarixindən Şah İsmayıl Xətaiyə qədər, Əfşarlar, Qacarlar, coğrafiyanı parçalayan müqavilələr və digər mövzular barədə gizli görüşlərdə söhbət gedirdi. Azərbaycan tarixinə rus və ermənilərin müdaxiləsini qəti pisləyən Xudu müəllim və cəmiyyətin üzvləri tarixin reallığından mühazirlələr deyirdilər. Həmin məruzələr məxfi qrifi ilə geniş tədqiqatçılardan gizlədilirdi.
Tanınmış Qırğız yazıçısı Çingiz Aytmatov Xudu müəllimlə görüşündən sonra yazır: “Elmlə sənətin qeyri-adi uğurlarını kəşf edən, zəkası ilə “cansız təbiət” terminini elm tarixindən silən Xudu Məmmədovun şəxsiyyətinə də, xarakterinə də, sadəliyinə də vuruldum. Fəxr edirəm ki, Türk dünyasında Xudu Məmmədov kimi ziyalı var.” Çingiz Aytmatov Xudu Məmmədova yazırdı: “Siz məndən təkcə 1 il 2 gün yox, bütün parametrlərlə böyüksünüz, mənim əziz Xudu müəllimim!”
“Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər”- deyən Xudu müəllim qanı ilə, canı ilə Vətən idi.
“Xalqı yaşat, onun qəlbində yaşa! Xalqın cibində yaşama ki, onu boşaldıb bir gün özün də məhv olasan.”-deyən Xudu müəllim hər zaman xalqın yanında olduğu üçün onun qəlbi baş verən hadisələrə dözmürdü. Ağrı çəkirdi. Amma bu ağrını göstərmədən ayaq üstə Xalqın sözünü, özünü təmsil edirdi…
Kəşfi ilə bütün dünyaya səs salan, SSRİ-yə milyardlar qazandıran, sovet rejiminə qarşı gizli azadlıq təşkilatının qurucularından olan,
Azərbaycanın azadlıq hərəkatının ən böyük ziyalılarından biri,müəmmalı şəkildə dünyasını dəyişən Xudu Məmmədov ad gününüz mübarək.
Şagirdin, tələbən Prof.Dr. Zaur Aliyev
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!