Əsas məzmuna keç

“O, çörək almaq üçün Bakıya getdi… Bir daha geri qayıtmadı”-AİLƏ DRAMI

 Rusiyalı blogger Susanna 30 ildən sonra atasını onlayn video vasitəsilə tapdı…  İstifadəçilər ona kömək etdi…

Blogger Susanna Kuliçkina atasını axtarması ilə bağlı video paylaşdıqdan sonra sosial mediada populyarlıq qazanıb… O, 30 il atasız böyüdü və anası ona atasının çörək almağa getdiyini və bir daha geri qayıtmadığını demişdir…

***

Tezadlar.az E1.ru portalına istinadla bildirir ki, Vülqar Abdullayev Rusiyada ailə qurur və Susanna adlı qızı olur, amma qızı hələ çox kiçik olarkən ailəni tərk etməli olur… Susanna isə Rusiyanın 1-ci kanalında EFİRƏ GEDƏN “Qoy danışsınlar” verilişində valideynlərinin getməsinin onun uşaqlığına dərin təsir etdiyini söyləyir. Digər uşaqlar onu tək valideynli bir ailədən olduğunu söyləyərək, hətta lağa qoyur və onun qeyri-adi adına təəccüblənirlər. O, böyüdükcə özünü «Anya» kimi təqdim etməyə başlayır və “Daha çox rus kimi görünmək” üçün saçlarını sarı rəngə boyayır…

***

…Susanna həyatı boyu atasını tapmağa çalışır: arxivlərdə axtarış aparır, amma nəticə olmur… Sonra onu sosial mediada axtarır. Bir neçə il əvvəl isə Susanna şəxsi bloq yaratmağa başlayır və inadkarlıqla 2025-ci ilin noyabr ayında ailəsinin hekayəsi haqqında video yayımlayır… Və 24 saat ərzində milyonlarla baxış toplayır. Əsas məqam bu ifadə idi: “Deyirlər ki, atam çörək qazanmaq üçün Bakıya gedib və bir daha geri qayıtmayıb”.

Video Azərbaycan auditoriyası arasında da yayılır. İstifadəçilər cəmi bir gün ərzində Susannanın illərdir axtardığı atasını tapa bilirlər: “…Bu insanlar çox yaxın dostdurlar, atanın öz doğma qızını tərk edib getməsini qəbul etmirlər və mən 30 ildir onu tapmaq üçün çalışsam da, bacarmamışdım, amma Azərbaycandakılar onu tez tapmışdılar”, – deyə  Kuliçkina “Qoy danışsınlar” verilişində bu barədə bəhs edir.

***

…O, atası ilə tapışır və ilk görüşlərindən sonra itkin düşmüş atasını bağışlaya bilir. O, etiraf edib ki, onlar artıq müntəzəm əlaqədədirlər, artıq altı dəfə Bakıya uçub və hətta ora köçmək istəyir. “…Atamı tapandan sonra mən «Susanna» adımı geri götürdüm və saçlarımı da sarı rəngdən qara rəngə boyadım”, – deyə blogger danışır.

Veriliş zamanı Vülqar Abdullayev özü də izah edib ki, qızı bir yaş yarım olana qədər ailəsi ilə yaşayıb. Sonra o, həyat yoldaşı ilə münaqişə yaşayıb, onu öz səviyyəsində görməyən hə\yat yoldaşı onu qəbul etməyib, məcbur olaraq baş götürərək Azərbaycana gedib. Deyir: “…Artıq Azərbaycanda ailəm var idi, amma Susanna haqqında daim düşünür və onu tapmağa çalışırdım… Amma o, adını dəyişmişdi. Onu qəbul edərdim, bəs kim icazə verərdi? Azərbaycana gedəndən bəri Rusiyaya qayıtmamışam. O vaxtlar telefon yox idi, yoxsa onunla daim əlaqə saxlayırdım…”.

O, qızının onu başa düşüb bağışlaya bildiyinə çox sevindiyini də söyləyib…

Bu da bir ailə hekayəsidir. Nə yaxşı ki, sonluq xoş ovqat və nəticə ilə başa çatıb…

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…