Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Dekabr 2025 / 09:43

Tramp ABŞ-Ukrayna danışıqlarından məmnundur

ABŞ prezidenti Donald Tramp Berlində Amerika və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqların nəticəsindən məmnundur.

Tezadlar.az bildirir ki, bu barədə “Sky News” xəbər verir.

ABŞ rəsmisinin sözlərinə görə, Ağ Ev rəhbəri danışıqların müsbət keçdiyinə inanır. Bir neçə məsələ hələ müzakirə olunmalıdır, lakin Tramp əldə edilən nəticələrdən məmnundur. Siyasətçi əlavə edib ki, məsələlərin 90 faizi artıq həll olunub.

15 dekabrda Berlində Ukrayna lideri Vladimir Zelenski, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner arasında danışıqların ikinci mərhələsi başa çatıb. Görüş təxminən iki saat davam edib.

Uitkoff bildirib ki, tərəflər danışıqlar zamanı əhəmiyyətli irəliləyiş əldə ediblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!