Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Tramp Ukraynanın ərazi itirdiyini elan etdi. O, jurnalistin sülh razılaşmasının ərazi aspektləri ilə bağlı sualını cavablandırarkən bildirib.
Tezadlar.az xəbər verir ki, veriliş Ağ Evin YouTube kanalında yayımlanıb.
“Onlar artıq həmin ərazini itiriblər; açığı, ərazi itirilib”, – deyə Tramp asətçi vurğulayıb.
14 və 15 dekabr tarixlərində Berlində Ukrayna və Amerika nümayəndə heyətləri arasında görüş keçirilib. Ukraynanın danışıqlar qrupunun rəhbəri Rüstəm Umerov ABŞ ilə tezliklə razılaşma əldə olunacağına ümid etdiyini bildirib.
“Bloomberg” agentliyi bildirib ki, danışıqlar zamanı Ukrayna prezidenti Vladimir Zelenski Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffdan Ukrayna Silahlı Qüvvələrini Donbasdan çıxarmaqdan dəfələrlə imtina edib.
E.ŞİRİNOV