11 İyul 2021 / 06:08

BAKIDA AVTOMOBİL USTASI MÜŞTƏRİNİ BIÇAQLADI

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Paytaxtın Nəsimi rayonu ərazisində 1993-cü il təvəllüdlü Hacızadə Həsən Sədi oğlu bıçaqlanıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona sol baldır nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. H.Hacızadənin dediyinə görə, avtomobilini təmir edən usta tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!