Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Dekabr 2025 / 14:44

Kreml ABŞ-dan Ukrayna münaqişəsinin həlli ilə bağlı məlumat gözləyir

Kreml ABŞ tərəfindən Ukrayna münaqişəsinin həlli ilə bağlı avropalılar və ukraynalılarla aparılan işlərin nəticələri barədə əldə edilən məlumat gözləyir.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Biz amerikalı həmkarlarımızın ukraynalılar və avropalılarla aparılan işlərin nəticələri hazır olan kimi bizə məlumat verəcəklərini gözləyirik”, – Kremlin sözçüsü bildirib.

Qeyd edək ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı Amerika və Ukrayna nümayəndə heyətləri arasında görüşlər 14-15 dekabr tarixlərində Berlində baş tutub. Danışıqlar bazar günü təxminən beş saat, bazar ertəsi isə təxminən iki saat davam edib. Bir neçə Avropa lideri, eləcə də Avropa Komissiyasının rəhbəri və NATO-nun baş katibi bazar ertəsi axşamı danışıqların gedişatını müzakirə ediblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!