Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Dekabr 2025 / 15:30

Daha beş ölkənin vətəndaşlarının ABŞ-a girişi məhdudlaşdırılıb

Burkina-Faso, Mali, Niger, Cənubi Sudan və Suriya vətəndaşlarının Amerika Birləşmiş Ştatlarına girişi məhdudlaşdırılıb.

Bundan əlavə, əvvəllər qismən məhdudiyyətlərə məruz qalan Laos və Sierra Leone vətəndaşlarının da girişi tam məhdudlaşdırılıb.

Tezadlar.az  xəbər verir ki, bu barədə dekabrın 16-da Ağ Evin saytında dərc olunan bəyanatda deyilir:

“ABŞ Prezidenti son araşdırmaya əsasən beş əlavə ölkəyə: Burkina Faso, Mali, Niger, Cənubi Sudan və Suriyaya tam məhdudiyyətlər və giriş məhdudiyyətləri əlavə edir”.

Eyni zamanda, ABŞ Türkmənistan vətəndaşları üçün qeyri-immiqrasiya vizalarına qoyulan qadağanı da aradan qaldırıb. Bununla belə, immiqrant vizalarının verilməsinin dayandırılması hələ də qalmaqdadır.

Dekabrın 4-də ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem Tramp administrasiyasının immiqrasiya qadağasına məruz qalan ölkələrin siyahısını genişləndirdiyini açıqlayıb. Onun sözlərinə görə, indi bura 30-dan çox ölkə daxildir.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!