Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Dekabr 2025 / 11:26

İtaliya Aİ-nin əsl düşmənini müəyyən edib

İtaliyanın Baş naziri Giorgia Meloni parlamentdəki çıxışında Aİ-nin əsl düşməninin qərar qəbul edə bilməməsi olduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bir müddət əvvəl Vaşinqton Avropanın öz müdafiəsi üçün məsuliyyət daşımasını tələb edən yeni ABŞ milli təhlükəsizlik doktrinasını dərc etmişdi.

“Şəxsən mən inanıram ki, xəyali düşmənə ox atmaq faydasız, bəlkə də hətta zərərlidir, çünki mübarizə aparılmalı olan əsl düşmən qərar qəbul edə bilməməyimiz və Avropa Birliyinin son illərdə fəal şəkildə həyata keçirdiyi tənəzzül ideologiyasıdır”, – deyə Meloni izah edib.

Baş nazir qeyd edib ki, Avropa qitəsi “demoqrafik qışını” geri qaytarmaq iqtidarında deyil.

Baş nazir aydınlaşdırıb ki, Aİ innovasiyanın zərərinə həddindən artıq tənzimləməni “boğub”, ABŞ-dan hərbi asılılığa və Çindən texnoloji asılılığa təslim olub.

Əvvəllər bildirilirdi ki, Meloni dövründə İtaliyada yoxsulluq səviyyəsi son on ildə ən yüksək səviyyəyə çatıb – ölkə əhalisinin təxminən onda biri əsas ehtiyaclarını ödəmək üçün müəyyən mal və xidmətlər ala bilmir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!